main-post-cover

    Donald Trump Huawei ilə ZTE şirkətlərinə qadağa qoydu

    Elm & Texnologiya
    14.08.2018
    Emil Nəcəfov
        HuaweiZTE şirkətləri artıq bir neçə müddətdir ki, ABŞ hökumətinin nəzarəti altındadır. ZTE şirkəti bir müddətlik ABŞ-da qadağan olunmuşdu, Huawei isə sözügedən bazara çıxış etmək istəyən zaman ciddi təzyiqlərlə üzləşmişdi. İndi isə məmurlar qorxurlar ki, Çinin smartfon istehsalçılarının əməliyyat sistemlərindən istifadə, təhlükəsizliyə ciddi zərər vura bilər. Buna görə bugün ABŞ prezidenti Donald Trump Çin istehsalçılarının smartfonların Ağ Ev-də və digər hökumət müəssisələrində istifadəsini 2 illiyə qadağan etmək barəsində sərəncam imzaladı.
        Qəbul olunmuş yeni qanun layihəsi təkcə ZTE ilə Huawei şirkətlərini deyil həmdə digər Çin şirkətlərini və dövlətlə çalışmağa hazır təchizatçıları əhatə edəcək. Nəzərə alsaq ki, ABŞ minlərlə təchizatçı ilə çalışır, bu qərar bir növ kommersiya effekti yaradacaq. Qeyd etmək lazımdır ki, Huawei şirkəti müəssisələr üçün şəbəkə təchizatları istehsal edən ən böyük şirkətlərdən biridir. İndi isə həmin məhsullar da smartfonlarla birlikdə ABŞ ərazisində qadağan olunub. Huawei şirkəti ona və rəqiblərinə qarşı qəbul olunmuş bu qərar ilə razı deyil. Şirkət bildirir ki, ABŞ hökuməti smartfonlardakı məlumatların Çinə ötürülməsi üzrə dəqiq sübutlara sahib deyil.
    Linki kopyala