
Donald Trump iki şirkət arasındakı əsrin müqaviləsinə icazə vermədi
Elm & Texnologiya
13.03.2018
Emil
ABŞ prezidenti Donald Trump “Broadcom” şirkətinin “Qualcomm”u almasını qadağan edən xüsusi göstəriş imzalayıb.
Qeyd etmək lazımdır ki, bu iki nəhəng
texnoloji şirkətin birləşməsi barəsində xəbərlər hələ keçən ilin sonlarında
ortaya çıxmışdı. Sonradan isə xəbər hər iki şirkət tərəfindən təsdiqlənmişdir.
Donald Trump-ın fikrincə bu cür müqavilə ölkənin milli təhlükəsizliyinə ciddi
ziyan verə bilər. Trump düşünür ki, bu müqavilənin baş tutacağı halında ABŞ-ın
milli təhlükəsizliyinə zərər verəcək faktorlar var.
Belə ki, iki şirkətin birləşməsi
halında Sinqapurun “Broadcom” şirkəti ABŞ-ın mobil cihazlar üçün çip istehsalı
ilə məşğul olan ən böyük istehsalçılarından birini idarə etməyə başlayacaq.
Qeyd etmək lazımdır ki, “Qualcomm” həmçinin “Apple” üçün də çip istehsalı ilə məşğul
olur.

Bu səbəbdən prezident təcili və həmişəlik sözügedən birləşmədən imtina
göstərişi verib. Qeyd etmək lazımdır ki, “Broadcom” “Qualcomm”un alışı üçün
şirkətə 117 milyard dollar vəsait təklif edirdi. Güman olunurdu ki, müqavilə
2018-ci ilin əvvəlində yekunlaşdırılacaq. “Qualcomm” bu təklifə artıq iki dəfə
rədd cavabı verib. Belə ki, keçən ilin Noyabr ayında “Broadcom” 130 milyard dollar, bu ilin
Fevral ayında isə 121 milyard dollar təklif etmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
