main-post-cover

    Donald Trump-ın Twitter hesabının qiyməti müəyyən edildi

    Elm & Texnologiya
    18.08.2017
    Farid Pardashunas

    “Monness Crespi Hardt & Co.” şirkətinin analitiki James Cakmak, Donald Trump-ın Twitter hesabının bu sosial şəbəkə üçün olan qiymətini təyin edib.

    Beləliklə məlum olub ki, Trump-ın Twitter-dəki, hesabının qiyməti 2 milyard dollardır. Analitikin verdiyi məlumata görə əgər Trump, Twitter-dən getsə, onda şirkətin bazar dəyəri 2 milyard dollar aşağı düşəcək. Bu ona görə baş verməyəcək ki, bir çox insanlar bu sosial şəbəkədən gedəcəklər. Bu ona görə baş verəcək ki, şirkətin qeyri maddi aktivlərinin qiyməti aşağı düşəcək. “ABŞ prezidentindən başqa daha yaxşı reklam yoxdur” – deyə James Cakmak bildirib. Trump, özünün @realDonaldTrump adlı hesabını, 2009-cu ildən bəri işlədir. Həmin vaxtdan onun hesabına 36 milyona yaxın insan abunə olub və indiyənə kimi Trump, həmin hesab vasitəsilə 35.000 tweet paylaşıb. 2016-cı ilin Noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkiləri nəticəsində Donald Trump-ın qalib gəlməsindən sonra Twitter-in səhmləri 14% aşağı düşdü və 17 Avqust tarixinə olan göstəricilərə əsasən şirkətin kapitalizasiyası 11.7 milyard dollar təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər