main-post-cover

    Donald Trump kriptovalyutalara vergi təyin etdi

    Elm & Texnologiya
    27.12.2017
    Emil Nəcəfov
    1 Yanvar tarixindən başlayaraq müxtəlif kriptovalyutalar arasında daxili mübadilə də daxil olmaqla bütün kriptovalyuta tranzaksiyalarına ABŞ-da vergi qoyulacaq.
    Ölkənin vergi məcəlləsinə bu barədə dəyişiklikləri prezident Donald Trump əlavə edib. Bu barədə Bitcoinist saytı xəbər verib. Yeni dəyişikliklər ABŞ-ın vergi məcəlləsinin mübadilə tipli əməliyyatlar barəsində olan 1031 (a) 1 IRC maddəsini dəyişir. ABŞ-da həmin maddəni həmçinin “1031 əməliyyat” da adlandırırlar. Uzun illər ərzində həmin maddə sayəsində ABŞ vətəndaşları sənət əsərləri və daşınmaz əmlakın vergi ödəmədən mübadiləsini reallaşdırırdılar.
    İndi isə bu qanun artıq kriptovalyutalar üçün çalışmayacaq. 2014-cü ildə kriptovalyutaya sahib olan insanlar kapitallarının yüksəldikləri halda vergi ödəyirdilər. Və o haldaki onlar kriptovalyutanı real pula çevirsinlər. İndi isə bu qanun bir kriptovalyutanın digərinə dəyşilməsinə də şamil olunur. Bundan əlavə olaraq hansısa şəxsdə hansısa kriptovalyuta 1 ildən az bir vaxtda qalırsa, həmin kriptovalyuta 10%-dən 37%-dək Amerikanın standart fiziki şəxslərin gəlir vergisinə düşür. 1 ildən çox qalan rəqəmsal tokenlər isə 24%-dək uzunmüddətli kapital yüksəlişi üzrə vergi altına düşürlər. Bundan sonra istənilən kriptovalyuta arasında aparılan hər bir əməliyyat (məsələn bitcoini efirə dəyişmək) nəticəsində istifadəçi fiziki şəxslərin gəlir vergisini ödəməli olacaq.
    Linki kopyala