Logo
    main-post-cover

    Dondurulmuş neft formasını dəyişən materialların açarı ola bilər

    Bu parıldayan təəccüblü formalar hansısa komputer oyununa bənzəyə bilər. Əslində isə şəkildə gördüyünüz formasını dəyişən materialların gələcəyi ola bilər. Britaniyalı və bolqariyalı alimlər aşkar ediblər ki, neft damcısını yavaş şəkildə donduranda o üçbucaqlı, səkkizbucaqlı və digər formalara çevrilir. Bundan əlavə olaraq damcını qızdırmağa başlayanda o əvvəlki formasına qayıdır.
     
     
    Təcrübənin nəticələri çox qəribədir. Cansız kimyəvi birləşmələr canlı orqanizmlər kimi süni formalar ala bilirlər. Gələcək haqqında danışmaq hələki tez olsada bu özəllik üçün bir çox tətbiqetmələr fikirləşmək olar. Bu xüsusiyyətin müşahidəçiləri onlara lazım olan formaların alınmasının yollarını tapacaqlar. Bu isə hər hansısa materialın yerindəcə formasını dəyişmək sualının cavabı ola bilər. Nəticədə formasını dəyişən cihazlar gələcəyə atılan birinci addım ola bilər.

    Paylaş
    Bənzər xəbərlər