main-post-cover

    Dörd kameralı Huawei G10 sızdırıldı

    Elm & Texnologiya
    15.09.2017
    Orxan Jafarli
    Huawei-nin həm öndə həm də arxada iki kameraya sahib smartfonu Huawei G10 (Maimang 6) sızdırıldı. Əlavə olaraq bu smartfon 18: 9 ekran nisbətiylə gələcək.
    Huawei, keçdiyimiz günlərdə Maimang 6 (Huawei G10) modelini 22 Sentyabr etibarilə rəsmi olaraq təqdim edəcəyini bildirmişdi.
    Şirkətin ilk 18: 9 ekran nisbətinə sahib telefonu olacaq Huawei G10 üçün texniki xüsusiyyətləri və bəzi vizualları sızdırıldı.
    5.9 inç ölçülü ekranda 1080 x 2160 keyfiyyət təqdim edəcək və 18: 9 ekran nisbətini istifadə edəcək olan telefon, gücünü Kirin 659 prosessorundan alacaq.
    Bu prosessorun yanında telefonda 4 GB RAM, 64 GB yaddaş sahəsi  və Android Nougat əməliyyat sistemi yer alacaq. Həm öndə həm də arxada iki kameraya sahib cihaz, əlavə olaraq yenə iki tərəfdə də flaş dəstəyi təqdim edir.
    Sızdırılan məlumatlara görə 164 qram ağırlığa, 7,5 mm qalınlığa sahib olacağı ifadə edilən cihazın 3,240 və ya 3,340 mAh tutumlu bir batareya ilə gəlməsi gözlənilir.
    Çin-də Maimang 6 adı ilə təqdim ediləcək olan telefon, G10 və ya G10 Plus adı altında qlobal bazarda satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər