main-post-cover

    Dota 2 üzrə beynəlxalq çempionatda süni zəka, professional oyunçunu darmadağın etdi (VİDEO)

    Elm & Texnologiya
    13.08.2017
    Farid Pardashunas

    Təsisçilərinin sırasında Elon Musk olan OpenAI təşkilatı, The International 2017 adlı beynəlxalq Dota 2 çempionatında professional oyunçuya qalib gəlmiş bot yaradıb.

    Sözügedən bot, Natus Vincere komandasından olan Dendi ləqəbli Danil Ishutin adlı professional oyunçu ilə yarışıb. Oyunun ilk raundu, 10 dəqiqə çəkib və nəticədə Ishutin-in oynadığı oyunçu məğlub olub. İkinci raund da həmin nəticə ilə bir neçə dəqiqə ərzində çəkib. OpenAI bildirib ki, sözügedən bot, süni zəka əsasında hazırlanıb və o bu oyun üzrə sıfırdan təlim keçib. Yəni daha öncə botun, bu oyun üzrə heç bir təcrübəsi olmayıb. Beləliklə o özünün virtual kopyası ilə məşq edərək müəyyən vaxt ərzində effektiv taktikaları öyrənib. Yarışmanın bitməsindən sonra OpenAI təşkilatının təmsilçiləri bildiriblər ki, onların yaratdıqları bot, istənilən insandan daha çox oyun keçirdib. OpenAI-nin verdiyi məlumata əsasən botun təlimi, 2 həftə vaxt aparıb. İlkin mərhələdə olan məşqlərdən sonra botu, professional oyunçuların üzərində məşq etdirməyə başladılar. Müəyyən müddətdən sonra isə alqoritm, Dota 2 üzrə dünyanın ən yaxşı oyunçusunu məğlub etməyi bacardı. İndi isə təşkilatın növbəti məqsədi, bir dəfəyə 5 personajı idarə edə bilən botu yaratmaqdır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər