main-post-cover

    Dözümlü ekrana sahib Moto Z2 Force, rəsmi olaraq təqdim edildi

    Elm & Texnologiya
    25.07.2017
    Farid Pardashunas

    “Motorola” dayanıqlı ekrana və ikili arxa kameraya sahib, flaqman modul smartfonu Moto Z2 Force-u anons etdi.

    Ənənəyə sadiq qalaraq Force seriyasının smartfonları dözümlü korpus və ekrana sahib olurlar. Moto Z2 Force modelinin ekranı, şüşə ilə deyil, yüksək məsafədən olan düşməyə daha dözümlü plastik material vasitəsilə qorunur. Bu, ShatterShield texnologiyası adlanır. Şirkət, smartfon ekranının 4 il ərzində zərər çəkmədən qalacağına zəmanət verir. Korpusun qalan hissəsi isə alüminiumdan hazırlanıb. Moto Z2 Force, smartfonun arxa panelinə maqnit vasitəsilə bərkidilən bütün Moto Mods modullarını dəstəkləyir. Moto Z2 Force ilə birlikdə həmçinin 360 Camera Moto Mod modulu da təqdim olunub. Bu kamera, 4K keyfiyyətli və 3D səs effektli 360 dərəcəli videoların çəkilməsini mümkün edir. Texniki göstəricilərinə gəldikdə isə Moto Z2 Force, 5.5 inç AMOLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəklənməsi), 2730 mAh enerji tutumlu batareya, 12 MP-lik ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Moto Z2 Force, Avqust ayında satışa çıxacaq və 750$ qiymət göstəricisinə sahib olacaq. Sözügedən kamera modulunu isə artıq indidən 300$ qiymətinə əldə etmək mümkündür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər