
Dron ilə həyat yoldaşının xəyanətini anbaan lentə aldı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Reddit portalının istifadəçisi, həyat yoldaşının xəyanətinin üstünü necə açdığını söyləyib.
Belə ki, bunu etmək üçün o, həyat
yoldaşının sevgilisi ilə görüşməsini dronun kamerası ilə lentə alıb. Qeyri-adi
yola əl atmış şəxs öz həyat yoldaşının işə getdiyi yolu dron vasitəsilə tapıb.
Həmin gün qadın həmişə getdiyi yol ilə deyil bu dəfə tamam fərqli yolla gedərək
bir aptekin yanında dayanıb. Daha sonra ona, bir avtomobil yaxınlaşıb. Videodan
da göründüyü kimi qadın sürücü olan güzgü tərəfə əyilir. Daha sonra qadın
avtomobilə əyləşərək bilinməyən istiqamətdə gedib. Qadının həyat yoldaşı əmindir
ki, onu xəyanət üstündə yaxalayıb. Bəziləri bu hadisəyə inanmasalar da bir fakt
dəyişməz olaraq qalır. O da, dronların izləmək üçün əla vasitə olmalarıdır.
Müasir dronlar onu idarə edən operatordan 5 km uzaqlığa uça və 25-30 dəqiqə ərzində
havada qala bilirlər.
Paylaş
Bənzər xəbərlər