main-post-cover

    Dron suda batan iki üzgüçünü xilas etdi (VİDEO)

    Elm & Texnologiya
    18.01.2018
    Farid Pardashunas
    Sözügedən hadisə Avstraliyanın şimalında baş verib.
    İki üzgüçü ağır dalğaların ucbatından sahildən 700 metr aralı düşüblər və geri qayıda bilməyiblər. Bu zaman xilasedicilər Little Ripper adlı drondan istifadə üzərində məşq edirdilər və batan üzgüçülər haqqında siqnalı qəbul ediblər. Onlar həmin dəqiqə batmaqda olan üzgüçülərin olduqları yerə dronu göndərərək onlara xilasedici sal atıblar. Üzgüçülər salı tutaraq onun vasitəsilə sahilə çıxıblar.

    Bu proses dronda olan kamera vasitəsilə qeyd olunub. Xilasedicilərdən biri qeyd edib ki, bu cür xilasetmə əməliyyatı insanlar vasitəsilə bir neçə dəqiqə daha çox vaxt aparacaqdı. Lakin dron vasitəsilə bu əməliyyat 2 dəqiqədə görülüb. Qeyd etmək lazımdır ki, xilasedicilər adi istehlakçı dronundan istifadə etməyiblər.

    Onlar Little Ripper adlı xüsusi xilasedici drondan istifadə ediblər. Bu dron süni zəka sisteminə sahibdir və köpək balıqlarının insanlara hücumlarının qarşısını almaq üçün sahil boyu əraziləri nəzarətdə saxlamaq üçün istehsal olunub. Dron kamera vasitəsilə köpək balığının formasını 90% dəqiqliklə təyin edə bilir. Dronun korpusunda isə avtomatik hava ilə dolan xilasedici sal var. Bir dəfə şarj olunmaqla bu dron 150 dəqiqə uça bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər