
Dropbox-a gələn yeni funksiyalar
Elm & Texnologiya
07.05.2017
Farid
Dropbox cloud servisi yeni funksiyalara sahib olub. Yeni
funksiyalardan əsası skan olunmuş sənədlər ilə işləməkdir. Bu prosesi
Dropbox-un mobil tətbiqindən birbaşa etmək mümkündür. Bundan əlavə olaraq
biznes istifadəçilər skan olunmuş sənədlər üzrə axtarış sistemindən də istifadə
edə biləcəklər. Artıq istifadəçilər Microsoft Office sənədlərini bilavasitə
Dropbox qovluğunda yarada biləcəklər. Bu funksiya "əlavə etmək” düyməsi sayəsində
reallaşır. Həmçinin Dropbox-un mobil tətbiqindəki şəxsi qovluqda kompüterdən
yüklənmiş fotoları redaktə etmək, fayllar və qovluqları digər istifadəçilər ilə
paylaşmaq və rəy bildirmək mümkündür. Məsələn bütün bu funksiyalardan ortaq mətnli
fayl üzərində çalışan zaman istifadə etmək olar.
Paylaş
Bənzər xəbərlər