Logo
    main-post-cover

    Dünən gecə Twitter'in yaradıcısı Jack Dorsey'nin istifadəçi hesabı hack olunub

        Dünən gecə hackerlər Twitter-in yaradıcısı və general direktoru olan Jack Dorsey-nin istifadəçi hesabını hack ediblər. 15 dəqiqə ərzində hackerlər Jack Dorsey-nin Twitter-dəki @jack adlı istifadəçi hesabını idarə ediblər. Qeyd etmək lazımdır ki, onun Twitter-də 4 milyon abunəçisi var. Bu barədə Gagadget saytı xəbər verib.
        15 dəqiqə ərzində hackerlər Jack Dorsey-nin istifadəçi hesabında partladılma təhdidlərini, rasizmi, qeyri-normativ leksikona aid sözləri, Holokostu və təhqiredici sözləri əhatə edən paylaşımlar ediblər. Qısa müddətdən sonra isə sosial şəbəkənin administrasiyası istifadəçi hesabı üzərində idarəetməni bərpa edib və yazılmış bütün tweet-ləri silib. Sözügedən kiberhücumu Chuckling Squad adlı hacker qruplaşması öz üzərinə götürüb. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Dünən gecə Twitter'in yaradıcısı Jack Dorsey'nin istifadəçi hesabı hack olunub | Technote