main-post-cover

    Dünya universitetləri, blockchain texnologiyası üzrə xüsusi kurslara start verirlər

    Elm & Texnologiya
    20.06.2017
    Farid Pardashunas

    Blockchain üzrə mütəxəssislərə böyük tələbat yaranıb.

    Özəl şirkətlər və dövlət təşkilatları tərəfindən blockchain mütəxəssislərə tələbatın olması fonunda dünyanın aparıcı universitetləri sözügedən texnologiya üzrə ayrıca kurslara start verirlər. Belələiklə bu sahədə kadr çatışmamazlığının qarşısının alınması gözlənilir. Son 3 il ərzində blockchain texnologiyası ilə bağlı olan vakansiyaların sayı 3 dəfə artıb. Bu cür mütəxəssislərin əldə etdikləri maaş isə bacarıqlı İT mütəxəssislərin aldıqları maaş ilə eyni səviyyədədir. İldə 250.000$-a yaxın. Bununla yanaşı bu sahədəki mütəxəssislərə olan tələbat artmaq da davam edir. Bu səbəblə bir çox universitet və təhsil təşkilatları tələbələrə blockchain texnologiyası üzrə ayrıca kursları təklif edirlər. Məsələn, Edinburq Universiteti bu il bu cür kursu istifadəyə verəcək Avropanın ilk təhsil müəssisəsi ola bilər. Edinburq Universitetinin blockchain texnologiyalar laboratoriyasının rəhbəri Aggelos Kiayias-ın fikrincə bu cür addım bir qədər gecikdirilmiş olub. “Blockchain texnologiyası olduqca yeni bir sahədir və elmi cəmiyyət bu mənada həmişə bir qədər geridə qalır” – deyə o qeyd edib.
    ABŞ-da blockchain texnologiyası üzrə maarifləndirici təşkilatlar daha çoxdur. Belə ki, Stenford Universiteti, bitcoin məzənnəsi və digər kriptovalyutalar üzrə kursu hələ 2 il öncə istifadəyə verib. Bu cür kurslar həmçinin Kaliforniya UniversitetiMassaçusets Texnoloji Universitetində də var. Bundan əlavə olaraq həmçinin online kurslar da fəaliyyət göstərir. Məsələn, Coursera adlı saytda Prinston Universitetindən pulsuz şəkildə 11 həftəlik kriptovalyuta kurslarından keçmək olar. Şirkətlərin top menecerləri üçün blockchain texnologiyaları üzrə kurslar təklif edən “Z/Yen” konsaltinq agentliyinin rəhbəri Michael Mainelli-nin sözlərinə əsasən blockchain mütəxəssislərə olan tələbat hal hazırda demək olar ki, bütün sahələrdə böyüyür. Çünki bu hal hazırda dəbdə olan bir şeydir. “İşə düzəltmə bazarında bu hal hazırda ən çox tələb olunan sahədir. Çünki bir çox böyük şirkətlər, blockchain şöbəsinə sahib olmaları haqqında danışmağı sevirlər” – deyə o qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər