main-post-cover

    Dünyada ilk dəfə 10 GB RAM-a sahib smartfon gəlir

    Elm & Texnologiya
    29.01.2018
    Emil Nəcəfov
    İnternetə 2018-ci ilin əsl flaqman smartfonunun təqdimat slayderlərinin fotoları sızdırılıb.
        Söhbət, Vivo Xplay7-dən gedir. Smartfon çox nazik çərçivələrə sahibdir. Onun ekranı isə ön panelin 92.9%-ni tutur. Ekran 4K keyfiyyətə sahibdir. Xplay7-nin korpusu metaldan hazırlanıb, onun barmaq izi skanı isə ekrana inteqrasiya olunub. Smartfonun ikili arxa kamerası 4 qat optik zoom-lu fotolar çəkməyi bacarır. Həmçinin Xplay7 Face Unlock 2.0 adlı üz skanı texnologiyasına da sahibdir.

        Lakin smartfonun ən maraqlı tərəfi onun texniki göstəriciləridir. Belə ki, smartfon Snapdragon 845 prosessoru və 10 GB RAM ilə təchiz olunacaq. İndiyənə kimi heç bir istehsalçı 8 GB RAM-dan böyük göstəriciyə sahib smartfon təqdim etməyib. Buna görə də Xplay7 bu barədə rekorda imza ata bilər. Smartfon iki versiyada satılacaq: 256 GB daxili yaddaşa sahib versiya və 512 GB daxili yaddaşa sahib versiya. Vivo Xplay7-nin qiymət və anons tarixi barəsində isə hələki heç bir məlumat yoxdur.

    Linki kopyala