main-post-cover

    Dünyada ilk dəfə futbolçu transferi bitcoinlə ödənildi

    Elm & Texnologiya
    31.01.2018
    Farid Pardashunas
    Türkiyənin Harunustaspor adlı həvəskar futbol klubu dünyada ilk dəfə 22 yaşlı oyunçu Ömer Faruk-un transfer ödənişini bitcoin vasitəsilə edib.
    Sözügedən klub oyunçuya 0.0524 bitcoin və üstəgəl 2500 türk lirəsi ödəyib. Müqavilənin ümumi məbləği isə 4500 türk lirəsi təşkil edib. “Bu, Türkiyədə və dünyada olan ilk belə bir haldır. Biz bu nailiyyətlə qürur duyur və bilirik ki, bu hadisə komandanın nüfuzunu həm Türkiyədə, həm beynəlxalq səviyyədə həmdə kriptovalyuta cəmiyyətində qaldıracaq” – deyə klubun prezidenti bildirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər