Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
Elm & Texnologiya
10.06.2024
Farid Pardashunas
MIT və Texas Universitetinin tədqiqatçıları, dünyanın ilk çip əsaslı 3D printerini hazırlayıblar. Qəpik ölçülü 3D printer, ani istehsalatda inqilabi yenilik edə bilər.
Bu kiçik cihaz, istifadəçilərə yolda olarkən tez bir zamanda fərdiləşdirilmiş, ucuz obyektlər (məsələn, sınan velosiped çarxını təmir etmək üçün bərkidici və ya kritik tibbi əməliyyatı üçün komponent) istehsal etməyə imkan verə bilər. Tədqiqatçıların konseptual cihazı, yenidən konfiqurasiya oluna bilən şüaları işıq vurduqda bərk formada olan qatran kamerasına yayan millimetr miqyaslı fotonik çipdən ibarətdir.
Prototip çipin hərəkət edən hissələr yoxdur, bunun əvəzinə işıq şüasını istiqamətləndirmək üçün bir sıra kiçik optik antenalardan istifadə edir. Şüa, görünən işığın dalğa uzunluqlarına məruz qaldıqda sürətlə sərtləşmək üçün nəzərdə tutulmuş maye qatran üzərində əks olunur. Bu şəkildə komponentlər, bir neçə saniyə ərzində tam olaraq yaradıla bilər. Uzunmüddətli perspektivdə tədqiqatçılar, fotonik çipin qatran kamerasının dibində oturduğu və görünən işığın 3D holoqramını yaymaqla bütün obyekti bir addımda sürətlə sərtləşdirdiyi bir sistem hədəfləyirlər. Bu tip portativ 3D printer, klinisistlərə fərdiləşdirilmiş tibbi cihaz komponentləri yaratmağa imkan vermək və ya mühəndislərə iş yerində sürətli prototiplər yaratmağa imkan vermək kimi bir çox potensial tətbiqlərə malik ola bilər. Bu tətbiqlər Yerlə yanaşı, Ay və Mars kimi dərin kosmik missiyalarda da istifadə edilə bilər.
Tədqiqatın baş müəllifi, professor Jelena Notaros, açıqlamada "Bu sistem, 3D printerin nə olduğunu tamamilə yenidən nəzərdən keçirdir. Bu, artıq laboratoriyada masanın üzərində oturıb, obyektlər istehsal edən böyük bir qutu deyil, əlində tutula bilən və gəzdirilə bilən bir şeydir. Nəticədə ortaya çıxa biləcək yeni tətbiqlər və 3D çap sahəsinin necə dəyişə biləcəyi haqqında düşünmək həyəcanvericidir.” Komanda, hələ ki, yekun məhsula nail ola bilməsə də, prototiplərini saniyələr ərzində ixtiyari iki ölçülü formadakı komponenti 3D formatda çap etmək üçün istifadə ediblər. İndi isə onlar hazırki prototipdən yola çıxaraq, ilkin olaraq konseptuallaşdırdıqları sistemə bənzər bir sistemin inkişafı istiqamətində, yəni yalnız bir addımda həcmli 3D çapı təmin etmək üçün qatran kamerasında görünən işıq holoqramı yayan çip üzərində işləmək istəyirlər. Lakin bunun üçün tamamilə yeni silikon-fotonik çip dizaynı lazımdır. Ancaq komanda, artıq belə bir sistemin necə olacağını açıqlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.
Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib
Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib
Astronomy & Astrophysicals adlı jurnalda dərc edilmiş tədqiqata əsasən alimlər çox vacib bir kəşfə imza atıblar. Belə ki, onlar James Webb kosmik teleskopundan istifadə edərək Böyük partlayışdan cəmi 350 milyon il sonra formalaşmış qalaktikada həyat üçün vacib olan kimyəvi elementlərdən birini aşkar ediblər.
Tədqiqatçılar, inqilabi naziklikdəki filtrlə adi eynəklərə gecə görmə qabiliyyətini qazandıra biliblər!
Tədqiqatçılar, inqilabi naziklikdəki filtrlə adi eynəklərə gecə görmə qabiliyyətini qazandıra biliblər!
Gecə görmə texnologiyası, tezliklə mürəkkəb sistemlərdən adi eynəklərə keçə bilər. Tədqiqatçılar, inkişaf etdirdikləri ultra nazik infraqırmızı filtrlə bunun mümkün ola biləcəyini göstəriblər.
İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər
Uzun müddət ərzində hesab edilirdi ki, neyronlar arasında məlumatların ötürülməsini təmin edən sinapslar ölçü və güc baxımından məhduddurlar.
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Atronomlar Süd Yolu qalaktikasının mərkəzindən 1 işıq ili radiusunda potensial yeni növ ulduzları kəşf etmiş ola bilərlər. Məlumata əsasən potensial olaraq kəşf edilmiş yeni növ ulduzlar sirli qaranlıq materiya hissəciklərinin məhv olmaları hesabına mövcuddurlar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!