Dünyada ilk dəfə süni ürək transplantasiyası reallaşdırılıb (VİDEO)

Dünyada ilk dəfə süni ürək transplantasiyası reallaşdırılıb (VİDEO)

Texnologiya
26.07.2021 PAYLAŞIM

    Amerikalı mütəxəssislər dünyada ilk dəfə süni ürək transplantasiyasını reallaşdırıblar. Aeson adlı kardioprotez Fransanın Carmat adlı şirkəti tərəfindən yaradılıb və ürək transplantasiyası üçün növbə gözləyən bir çox insanın həyatını xilas edə bilər. Yaradılmış süni ürək maksimal olaraq adi insan ürəyinə bənzəyir. Süni ürək 2 ədəd mədəcik kamerası və 4 ədəd bioloji klapan əldə edib. Lakin buna baxmayaraq onun fəaliyyəti üçün kənar batareyadan enerji lazımdır.


    Xüsusi sensorlar ilə alqoritmlərin qəliz kombinasiyası süni ürək göstəricilərinin real zaman ərzində təyin edilməsində və insan bədənindəki daimi qan dövranının dəstəklənməsində yardımçı olur. Sözügedən protez bioloji uyğun olan materiallardan hazırlanıb. Dünyanın ilk süni ürək transplantasiyası əməliyyatı Dyuk Universitetinin mütəxəssisləri tərəfindən reallaşdırılıb.

    Dünyanın ilk süni ürəyini əldə etmiş şəxs isə Şimali Karolinadan olan 39 yaşlı Matthew Moore olub. Müəyyən anda onun səhhəti pisləşib və hətta real ürək transplantasiyası da onun həyatını risk altına ata bilərdi. Lakin Aeson adlı kardioprotez həkimlərin ümidlərini doğrultmağı bacarıb. Belə ki, sözügedən süni ürək stabil şəkildə çalışır və əsl ürəyi tam əvəz edə bilir.

    Mütəxəssislər qeyd ediblər ki, süni ürəyi əldə etmiş şəxs daima yanında xarici batareyanı gəzdirməli olacaq. Bundan əlavə olaraq bu süni ürək yarım ildən çox çalışa bilməz. Buna görə də gec-tez real ürək transplantasiyasını reallaşdırmaq şərt olacaq. Mütəxəssislərin fikirlərinə əsasən bu kardioprotez real ürək transplantasiyası növbəsində gözləyərək həyatlarını itirən insanlara yardımçı ola biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×