
Dünyada milyonlarla smartfon gizli şəkildə kriptovalyuta mayninq edir
Elm & Texnologiya
13.02.2018
Emil
Smartfonlar kompüterlər kimi hack olunaraq gizli mayninq prosesi baxımından həssasdırlar.
Bəzən smartfonlarda bu proses
daha da irimiqyaslı olur. “Malwarebytes” şirkətinin mütəxəssisləri Monero
kriptovalyutasının mayninq olunması üçün milyonlarla Android smartfonlarından
istifadə etmiş hackerlərdən danışıb. Zərərli koda sahib tətbiqlər istifadəçiləri
brauzer vasitəsilə kriptovalyuta mayninq edən xüsusi saytlara yönləndirib.
Həmin
saytlarda istifadəçilərə internetdə şübhəli aktivliklərə görə onları
günahlandıran reklam bannerləri göstərilir. İsmarışda qeyd olunur ki, mayninq
prosesi istifadəçinin robot olmadığını təsdiqləməyincə dayandırılmayacaq. Nəticədə
smartfonun prosessoru yüklənir və qızmağa başlayır. Bu prosesin qurbanlarının dəqiq
sayları bilinmir. Lakin onlar milyonlarladır. Şirkət aylıq 30 milyon və ya
aylıq 800.000 girişə sahib bir neçə bu cür sayt aşkar edib.
Hətta baxmayaraq
ki, istifadəçilər ortalama mayninq prosesində 4 dəqiqə iştirak edirdilər,
onların saylarının çox olduğunu nəzərə alsaq bu böyük nəticədir. Mütəxəssislər
Android smartfon istifadəçilərinə web filtrlərdən və təhlükəsizliyin təmin
olunması üçün proqram təminatlarından istifadə etməyi məsləhət görürlər. Həmin
zərərli saytların tam siyahısı ilə burdan tanış olmaq olar. Əgər sizin
smartfonunuz qızmağa və ləng çalışmağa başlayıbsa heç istisna deyil ki,
smartfon sizin üçün çalışmır.
Paylaş
Bənzər xəbərlər