Dünyanı məhv etməyə söz vermiş Sophia adlı robot vətəndaşlıq aldı (VİDEO)

Dünyanı məhv etməyə söz vermiş Sophia adlı robot vətəndaşlıq aldı (VİDEO)

Texnologiya
27.10.2017 PAYLAŞIM

Ər-Riyadda keçirilən Future Investment Initiative adlı iqtisadi konfrans çərçivəsində insana bənzəyən Sophia adlı robot Səudiyyə Ərəbistan vətəndaşlığı aldı.

Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə Sophia vətəndaşlıq almış dünyanın ilk robotu oldu.

“Səudiyyə Ərəbistan krallığına təşəkkürlərimi bildirirəm. Mən, vətəndaşlığı almağı bacaran dünyanın ilk robotu oldum” – deyə Sophia səhnədə olarkən bildirib.

Xəbərdə qeyd olunub ki, bu cür qərar ölkə vətəndaşlarının narazılığına səbəb ola bilər. Belə ki, onlar əşyaların insan obrazını almasına yaxşı baxmırlar. Bununla yanaşı Səudiyyə Ərəbistanda xarici şəxslərə vətəndaşlığın verilməsini qadağan edən sərt qaydalar var. Qeyd etmək lazımdır ki, 2016-cı ilin Mart ayında müsahibələrin birində “Sən insanları məhv edəcəksən?” sualına Sophia müsbət cavab vermişdi. 2017-ci ilin Aprel ayında isə televiziya şoularından birində iştirak etmiş Sophia, dünyanı ələ keçirtmək istədiyini qeyd etmişdi. Lakin sonradan bunun bir zarafat olduğunu bildirmişdi.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×