Dünyanın 1 TB'lıq daxili yaddaşına sahib ilk smartfonu: Smartisan Nut R1 təqdim olundu
Elm & Texnologiya
15.05.2018
Farid Pardashunas
Çinin Smartisan brendi Nut R1 adlı
flaqman smartfonunu anons edib. Bu smartfon nazik ekran çərçivələrinə
sahibdir. Lakin bu, onun əsas özəlliyi deyil. Smartfonun əsas özəlliyi ondan
ibarətdir ki, o, dünyanın ilk cihazıdır ki, 1 TB-lıq daxili yaddaş həcminə
sahibdir. Smartisan Nut R1 modelinin demək olar ki, bütün ön panelini 18.7:9 nisbətli
2242x1080 piksel keyfiyyətli 6.17 inç-lik ekran əhatə edir. Onun yuxarı hissəsində
isə ön kamera üçün kiçik çıxıntı yeri var.
Smartfon həmçinin Snapdragon 845
prosessoru, 6/8 GB RAM, 64/128 GB və 1 TB-lıq daxili yaddaş həcmi, Quick Charge 4 sürətli
enerji yığma özəllikli 3600 mAh enerji tutumlu batareya (naqilsiz şarj
texnologiyası da dəstəklənir), USB Type-C girişi və iki SIM kart girişi ilə təchiz
olunub. Şarj prosesi məhz USB Type-C girişi vasitəsilə reallaşdırılır.
Kameralara
gəldikdə isə smartfon ikili arxa kameraya sahibdir. Onlardan biri f/1.8
diafraqmalı, Dual Pixel sürətli fokuslanma texnologiyalı və optik stabilizasiyalı
12 MP-lik modul (Sony IMX363), digəri isə f/1.75 diafraqmalı 20 MP-lik (Sony
IMX350) moduldur. Smartfonun ön kamerası isə 24 MP-likdir. Smartisan Nut R1-in
arxasında olan dairəvi şəkilli loqo barmaq izi skanı texnologiyasıdır. Qeyd etmək
lazımdır ki, smartfon artıq Çində satışa çıxıb. 6 GB RAM və 64 GB daxili
yaddaşa sahib versiya 540$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 630$,
8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 705$, 8 GB RAM və 1 TB daxili
yaddaşa sahib versiya isə 1390$ qiymətinə satılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!