main-post-cover

    Dünyanın bütün kriptovalyutalarının qiymətlərində 20-40% düşüş var

    Elm & Texnologiya
    16.01.2018
    Farid Pardashunas
    Bugün günorta vaxtı dünyanın bütün əsas kriptovalyutalarının qiymətləri aşağı düşməyə başladı.
    Beləliklə onların qiymətlərində 20-40% düşüş var. Keçən il bu cür hadisə 22 Dekabr tarixində də müşahidə olunmuşdu. Həmin vaxtda da kriptovalyuta qiymətlərində 20-40% düşüş var idi. Bugün həmin vəziyyət yenidən təkrarlanıb. Coinmarketcap-ın məlumatlarına əsasən bitcoinin qiyməti 14.36% (11.877$) aşağı düşüb. Onun pik qiymətinin 20.000$ olduğu vaxtdan isə kriptovalyuta 40% dəyər itirib. Bundan əlavə olaraq qrafika əsasən bütün kriptovalyutaların qiymətlərində düşmə hiss olunur.

    Sadəcə olaraq onların düşmə sürətləri fərqlənirlər. Məsələn Ethereum son sutka ərzində 21.15%, Cardano 25.60%, Binance Coin isə 40% aşağı düşüb. Coinmarketcap-ın məlumatına əsasən dünyanın 100 kriptovaltyutasından heç biri qiymət artımında yaxşı nəticə göstərə bilmir. Kriptovalyuta bazarının kapitalizasiyası isə 830 milyard dollardan 570 milyard dollara kimi enib. Mütəxəssislər bunu Cənubi Koreya və Çin ilə əlaqələndirirlər. Belə ki, sadalanmış ölkələr kriptovalyuta dövriyyəsini və onun tapılmasını məşhdudlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər