
Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
Elm & Texnologiya
06.04.2024
Farid
Fransanın Alternativ Energetika və Atom Enerjisi Komissiyası (CEA) Iseult adlı yeni MRT (Maqnit Rezonans Tomoqrafiyası) aparatını təqdim edib. Məlumata əsasən bu yeni MRT aparatı 11.7 T (Tesla - ölçü vahidi) səviyyəsində maqnit sahəsi yarada bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ənənəvi MRT aparatları 1.5-3 T səviyyəsində maqnit sahəsi yarada bilirlər. Iseult cəmi 4 dəqiqəyə 0.2 mm ölçülü beyin toxumalarının fotolarını sərgiləyə bilir. Bu cür MRT aparatı vasitəsilə əldə edilmiş fotolar insan beynini detallı şəkildə analiz etməyə imkan verirlər. Bunun sayəsində alimlər neyrodegenerativ xəstəlikləri daha effektiv şəkildə müalicə edə bilərlər. Iseult adi MRT aparatından daha böyükdür. Onun uzunlu ilə eni 5 metr, çəkisi isə 13 ton təşkil edir. Onun naqillərini ümumilikdə 182 km məsafəyə uzatmaq olar.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
