
Dünyanın ən lüks sərnişin təyyarəsi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Boeing’s 787 Dreamliner, 280 sərnişinin yerləşdiyi reaktiv təyyarədir.
Lakin ona milyonlar xərclənsə onda
o, 40 nəfərli sərnişinə və 17 saatlıq fasiləsiz lüks uçuş üçün nəzərdə
tutulmuş təyyarəyə çevriləcək. Yenidən dizayn olunmuş təyyarə iki ədəd əl-üz
yuma yeri və ayrıca duş kabini olan böyük yataq otağı ilə təchiz olunub. Bundan
əlavə olaraq təyyarədə 5 televizorlu və qəhvəyi rəngli müasir mebelli qonaq
otağı da var. Bu lüks təyyarədəki adi oturacaqlar o qədər böyükdür ki, hətta
adi təyyarədə olan bines klasdakı oturacaqlar belə onların yanında adi oturacaqlar
kimi görünürlər. Təyyarənin daxili dizaynı "Pierrejean Design Studios” şirkətinə aiddir. Yenilənmiş dizayndan sonra təyyarə 5 vanna otağı ilə təmin
olunmuşdur. Dreamliner-in əvvəlki qiyməti 225 milyon dollar təşkil edirdi.
Lakin yenidən dizayn olunandan sonra onun qiyməti 100 dəfə artmışdır.
Paylaş
Bənzər xəbərlər