Dünyanın ən sürətli elektromobili Aspark Owl, rəsmi olaraq təqdim olundu (VİDEO)
Elm & Texnologiya
15.09.2017
Farid Pardashunas
Frankfurt avtosalonu tədbirində Aspark Owl adlı elektrikli hiperkar təqdim olundu.
Sözügedən elektromobil, 0-dan saatda 100 km sürəti 2 saniyədən
az vaxta yığır və dünyanın ən sürətli elektromobili hesab edilir. Aspark Owl,
ümumi 430 at gücündə olan iki elektromühərrik ilə təchiz olunub. Bu, elektromobil
üçün o qədər də böyük güc göstəricisi olmasa da, o, çox yüngül karbon gövdəyə
sahibdir. Karbon gövdənin öz çəkisi 50 kq, avtomobilin çəkisi isə gövdə ilə
birlikdə 850 kq təşkil edir. Elektromobilin çəkisini azaltmaq üçün iki ədəd
böyük olmayan və çəkisi az olan batareyalardan istifadə olunub. Onlar tez zaman
ərzində enerji yığırlar. Tam enerji ilə dolu vəziyyətdə elektromobil, 150 km
yol qətt edə bilir. Aspark Owl-un çıxış tarixi və qiyməti barəsində isə heç bir
məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Aspark Owl-dan başqa dünyanın ən
sürətli elektromobili adına digər avtomobillər də namizədlik göstərirlər. Məsələn,
Tesla Model S, saatda 100 km sürəti, 2.27 saniyə, Lucid Air, 2.5 snaiyə, xarici
görünüşcə Aspark Owl-a bənzəyən Nio EP9 isə 2.7 saniyə ərzində yığır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək