
Dünyanın ən sürətli və qeyri-adi velosipedi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
"AeroVelo” şirkəti dünyanın ən sürətli və qeyri-adi velosipedini yaradıb.
Velosiped Eta adlanır. Səhralıqda
keçirilmiş testlərdə velosiped saatda 145 km sürət yığıb. Velosipedin xarici
görünüşü ona görə qeyri-adi tərzdə yaradılıb ki, aerodinamik xüsusiyyətləri
yaxşılaşdıraraq velosiped üçün maksimal sürəti təmin etsin. "Technote.az”ın "Gagadget.ru”a
istinadən verdiyi xəbərə əsasən velosipedin daxili daha qeyri-adi quruluşa və
kompüterə sahibdir. İlk görünüşdən görünməsə də əslində pilot maksimal sürətin əldə
olunması üçün çox rahat şəkildə velosipeddə yerləşir. Həmçinin velosipedin
daxilində olan sistemlər hansı vaxtda, necə və hansı gücnən pedalları fırlatmaq
lazım olduğunu bildrir. Məhz quruluş, material və kompüter məsləhətləri sayəsində
velosipedin yaradıcıları bu cür sürət əldə edərək dünya rekorduna imza atıblar.
Onlar velosipedin sistemini təkmilləşdirməyə hazırlaşırlar və 2017-ci ildə daha
bir rekorda imza atacaqlar.
Paylaş
Bənzər xəbərlər