
Dünyanın ən varlı şəxsi dövlət dəstəyi olmadan da Ayda yaşayış məntəqəsi tikəcəyinə söz verib
Elm & Texnologiya
28.05.2018
Emil
Amazon şirkətinin təsisçisi və
direktoru Jeff Bezos bildirib ki, onun aerokosmik şirkəti olan Blue Origin hətta
ABŞ dövlətinin maddi dəstəyi olmasa belə Ayda insanların yaşaya biləcəkləri
yerləri axtaracaq. Bu barədə The Wall Street Journal saytı xəbər verib.
Kosmosun inkişafı üzrə beynəlxalq konfransda çıxış edən zaman Jeff Bezos
bildirib ki, Ayın tədqiq olunması insanlığın uzunmüddətli perspektivdə sağ
qalması sualını ortaya qoyur. “Bu bizim edə biləcəyimiz bir şey deyil. Bu
bizim etməli olduğumuz bir şeydir” – deyə Bezos bildirib.
Bundan əlavə olaraq
o qeyd edib ki, əgər gələcək nəsil Yer kürəsindən kənarda Günəş sisteminin digər
yerlərini fəth etməsə, həmin nəsil sağ qala bilməyəcək. Qeyd etmək lazımdır ki, Jeff
Bezos dünyanın ən varlı şəxsidir və o hər il öz kosmik layihələrinə 1 milyard
dollar vəsait xərcləyir. Jeff Bezos əmindir ki, əgər insanlıq kosmosa
yollanmasa, Yer kürəsində inkişaf səviyyəsi ekoloji və digər fəlakətlər səbəbilə
yerində duracaq. “Bu, mənim nəvələrimə arzu etmək istədiyim bir gələcək deyil” –
deyə o əlavə edib. Çıxışı zamanı Bezos öz kosmik layihələrinin uğurlarından
danışmasa da bildirib ki, Blue Origin onun əsas işidir.

O, hər il Amazon şirkətinin
səhmlərini 1 milyard dollar qiymətinə satır ki, Blue Origin şirkətini dəstəkləyə
bilsin. Qeyd etmək lazımdır ki, Blue Origin şirkəti kosmosa ilk turistik
uçuşları 2019-cu ilə planlaşdırır. Bundan əlavə olaraq şirkət müxtəlif peykləri
və kosmik aparatları Yer kürəsinin orbitinə və ondan kənara çıxarılması üçün
raketlərin istehsalı ilə də məşğuldur. Blue Origin şirkəti NASA-ya dövlət-özəl
biznes tərəfdaşlığı çərçivəsində Blue Moon eniş modulunun inşası layihəsini təklif
edib.
Həmin modul Aya 5 ton faydalı yük göndərməyi reallaşdıra bilər. Bezos-un
sözlərinə görə əgər NASA bu layihəni dəstəkləməsə belə o bu layihəni özü
reallaşdıracaq. Bezos-un ideyasına əsasən yüngül sənaye Yer kürəsi üçün
idealdır. Lakin onilliklər və yüzilliklər sonra ağır sənaye Yer kürəsindən o
planetlərə keçirdiləcək hansılarda ki, o daimi Günəş enerjisini əldə edə
bilsin. “Gələcəkdə bizim hal hazırda Yer kürəsində gördüyümüz işləri kosmosda
görmək bizim üçün daha rahat olacaq. Çünki bizim yetəri qədər enerjimiz olacaq” – deyə Bezos bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
