main-post-cover

    Dünyanın ilk 4 arxa kameralı smartfonu Galaxy A9 (2018) təqdim olundu

    Elm & Texnologiya
    11.10.2018
    Farid Pardashunas
        Malayziyada Galaxy A9 (2018) smartfon modelinin təqdimatı baş tutdu. Bu, bazarda 4 arxa kameraya sahib llk smartfon modelidir. Bundan əlavə olaraq Galaxy A9 (2018) böyük ekrana və böyük həcmli batareyaya sahibdir. Smartfonun arxa korpusu əyilmiş 3D şüşədən hazırlanıb. Beləliklə ondan istifadə etmək daha da rahat olacaq. Ön paneldən smartfon 18.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.3 inç Super AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası isə smartfonun arxa panelində yerləşir.

        Texniki göstəricilər baxımından Galaxy A9 (2018) Snapdragon 660 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş (microSD dəstəkli) və 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə is smartfon 24 MP (f/1.7) + 5 MP (f/2.2) + 10 MP (f/2.2) + 8 MP (f/2.4) 4 arxa kamera və f/2.0 diafraqmalı 24 MP-lik ön kamera ilə təchiz olunub. Galaxy A9 (2018) modelinin 4 arxa kamerası müxtəlif vəziyyətlərdəki çəkilişlər üçün istifadəçinin hər bir tələbini yerinə yetirir.

        24 MP-lik əsas kamera gündüz vaxtı və zəif işıqlandırılmış mühitlərdəki çəkimlər üçün, ikiqat optik zoom özəlliyinə sahib ikinci kamera uzaq məsafələrdən olan çəkimlər üçün, genişbucaqlı üçüncü kamera kadra böyük obyektlərin və mənzərələrin əlavə olunması üçün, dördüncü kamera isə portret rejimli fotoların çəkilməsi üçün nəzərdə tutulub. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A9 (2018) 16 Noyabr tarixində 600 avro qiymətində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər