
Dünyanın ilk ən böyük yaddaş həcmli flash kartları
Elm & Texnologiya
07.05.2017
Farid
"Kingston Digital” şirkəti ən böyük yaddaş həcmli flash kartları anons edib.
Söhbət 1-2 TB-lıq flash kartlardan gedir. Yeni flash kart
seriyası, Kingston DataTraveler Ultimate Generation Terabyte (GT) adlanacaq.
Adi flash kartlardan fərqli olaraq yeni flash kart modellərinin ölçüsü daha
böyük olacaq. Hər-halda bu cür flash kart istənilən HDD-dən daha kiçikdir. 2
TB-lıq flash karta nə qədər fayl yerləşdirmək olar? Təqribi olaraq 34000
saatlıq MP3 formatlı musiqi, 80 günlük video, 620000 foto və yüksək keyfiyyətli
1000 film. Şirkətin məlumatına əsasən flash kartlara 70 saatlıq 4K video yazmaq
mümkün olacaq. Təbii ki, müasir sərt disklər 16 TB-lıq göstəriciyə çatıblar.
Lakin flash kartlar üçün sözügedən göstərici heçdə pis deyil. Yeni flash kart
modelləri gələn ay satışa çıxacaq. Onların qiymətləri hələki bilinməsə də baha
olacaqları dəqiqdir.
Paylaş
Bənzər xəbərlər