main-post-cover

    Dünyanın ilk holoqrafik ekrana sahib Hydrogen One adlı smartfonu

    Elm & Texnologiya
    23.01.2018
    Farid Pardashunas
    Keçən ilin İyul ayında “RED” şirkəti özünün texnoloji möcüzəsi olan Hydrogen One adlı smartfonu anons etmişdi.
    Şirkət söz vermişdi ki, smartfonu bu il satışa çıxardacaq. Bugün şirkət elan etdi ki, onun bu innovasiyalı cihazı yay fəslində satışa çıxacaq. Bundan əlavə olaraq smartfonu ön sifariş etmiş insanlar onu daha tez əldə edə biləcəklər. Əgər siz bu smartfonun nə kimi özəlliklə fərqləndiyini unutmusunuzsa biz sizin yadınıza salaq. İlk öncə Hydrogen Onepogo pin texnologiyası əsasında hazırlanmış modul smartfondur. O, holoqrafik ekrana sahibdir və bu ekran 4V rejimində xüsusi eynək olmadan 3D-dən daha keyfiyyətli təsvir təqdim edir.

    Həmçinin smartfonun 2560x1440 piksel keyfiyyətli 5.7 inç-lik ekranını adi 2D rejimi üçün də istifadə etmək olar. Həmçinin smartfon Snapdragon 835 prosessoru, 4500 mAh enerji tutumlu batareya, USB Type-C və iki SIM kart girişi (və ya SIM kart+microSD) ilə təchiz olunacaq. Nəhayətki istifadəçilər 3D videoları 4V rejimində smartfon vasitəsilə hər iki tərəfdən çəkə biləcəklər. Bununla belə üfüqi 2D rejimi dərinlik laylarına ayrılır. Bu isə 3D-nin daha fərqli hislərini yaşadır. Adi təsvirə baxmaq əvəzinə siz sanki təsvirin özünə daxil olursunuz. Qeyd etmək lazımdır ki, Hydrogen One smartfonunun ən ucuz versiyası 1200$ qiymətinə satılır. Onun titandan hazırlanmış versiyasının qiyməti isə 1600$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər