DxOMark açıqladı: 2019-un ən yaxşı kameralı telefonları

DxOMark açıqladı: 2019-un ən yaxşı kameralı telefonları

Texnologiya
29.11.2019 PAYLAŞIM

        DxOMark qurumu mobil telefonlar bazarda satışa çıxdıqdan sonra onların kamera testlərini edərək məhşurlaşan bir şirkətdir. Kiminə görə ən doğru kamera testlərini edərkən, kiminə görə isə bəzi markalar ilə sponsorluq müqavilələri imzalayaraq testlərdə aldadıcı məlumatlar verirlər. Əlbəttə bunlar sadəcə isbatlanmamış fikirlərdir. Bu səfər DxOMark saytı 2019-ci ilin ən yaxşı kameralarına malik cihazları açıqladı. Siyahıda ümumilikdə Huawei Mate 30 ProXiaomi Mi CC9 Pro Premium Edition fərqlənərək liderliyi qoruyur.

Ən yaxşı kameraya malik telefonlar: Huawei Mate 30 Pro ve Xiaomi Mi CC9 Pro Premium Edition


  • DxOMark xalı: 121 

        Bu iki cihaz ən yaxşı kameraya malik olan cihazlar olaraq 1-ci sıranı paylaşırlar. Lakin ikisi arasında seçim etməli olsanız, kameralarını daha ətraflı analiz etməli olacaqsınız. Çünki hər nə qədər 1-ci sıranı paylaşsalar da bir-birindən üstün cəhətləri var.

Ən yaxşı video çəkən telefonlar: Apple iPhone 11 Pro Max ve Xiaomi Mi CC9 Pro Premium Edition

  • DxOMark xalı:102

        Hal-hazırda iPhone 11 Pro MaxCC9 Pro P.E cihazları mobil telefonlar arasında ən yaxşı video çəkilişi edən cihazlardır. Əgər peşakar kameralar almağa büdcəniz yetmirsə bu cihazları alaraq yüksək keyfiyyətli çəkilişlər edə bilərsiniz. (4K 60 FPS)

Ən yaxşı yaxınlaşdıran (zoom) telefon: Xiaomi Mi CC9 Pro Premium Edition    

  • DxOMark xalı: 109

        Huawei P30 Pro-dan 14 xal daha yüksək toplayan Mi CC9 Pro P.E modeli 108 MP-lik kamerası hesabına daha detallı və dəqiq şəkillər çəkdiyi üçün şəkili yaxınlaşdıran zaman daha az bulanıqlığ olur. Həqiqətən möhtəşəm nəticədir.

Ultra geniş bucaq kamera çəkilişində ən yaxşı telefon: Samsung Galaxy Note 10+ 5G

  • DxOMark xalı: 42

        Ultra geniş bucaq kamera çəkilişlərində bir çox telefon yaxşı nəticələr göstərsə də liderlik Galaxy Note10+ 5G modelindədir. Tək rəqibi isə iPhone 11 Pro Max modelidir. Aralarında Note10+ 5G modelinə üstünlük verən tək nöqtə isə Note10+ 5G modeli iPhone 11 Pro Max-dan daha geniş ərazini çəkə bilir. Yəni aradakı bucaq fərqi əsas faktordur. Lakin DxOMark mühəndislərinin dediyinə görə iPhone 11 Pro Max daha dar bucaqda çəksə belə şəkillərdə detalları və keyfiyyəti daha yaxşı qoruyur.

Gecə çəkilişlərində ən yaxşı telefon: Huawei Mate 30 Pro

  • DxOMark xalı: 61

         Yeni sensorlar və alqoritmaların çıxması səbəbilə artıq mobil cihazlarda gecə çəkilişləri daha yaxşı bir hal aldı. Lakin hələ də gecə çəkilişlərində Huawei Mate 30 Pro modeli liderliyi qoruyur. Huawei mühəndislərini bunun üçün təbrik etmək lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung tarixində ilk: Exynos 1000 çipseti Snapdragon 875-i testlərdə keçdi

Samsung-un yeni Exynos 1000 çipseti testlərdə Snapdragon 875-i geridə qoydu.


NASA yeni raket mühərriklərini 3D Çap üsulu ilə istehsal edəcək

NASA RAMPT adlı proyekti ilə yeni raket mühərriklərini 3D Çap üsulu ilə istehsal edəcəyini elan etdi..


Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib: Sürücü yatmış və..

Avtopilot sisteminə sahib Tesla Model S elektromobili yenə yol hərəkəti hadisəsində iştirak edib. La..


Nvidia-ın əsl əjdahası RTX 3090 videokartının performans test nəticələri yayımla..

Nvidia şirkətinin RTX 3000 seriyasındakı ən güclü videokartı olan RTX 3090-ın benchmark nəticələri o..


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..

×