main-post-cover

    E Ink şirkəti dünyada ilk dəfə elektron kağız üçün printeri anons edib (VİDEO)

    Elm & Texnologiya
    16.08.2019
    Farid Pardashunas
        E Ink Holdings şirkəti rəqəmsal ekranlar üçün JustPrintIt adlı çap texnologiyasını anons edib. Bu çap texnologiyası vasitəsilə xüsusi printerdə adi kağız əvəzinə elektron mürəkkəb əsaslı ekranlardan istifadə olunacaq. Bu barədə 4pda saytı xəbər verib. Tərtibatçıların sözlərinə əsasən bu cür sənədi saxtalaşdırmaq qeyri mümkündür. ePaper adlı elektron kağız bank kartı ölçüsündə rəqəmsal ekrandan ibarətdir.

        Bu elektron ekran heç bir ağıllı elektronikaya sahib deyil. JustPrintIt texnologiyasına sahib xüsusi printer vasitəilə bu rəqəmsal ekran üzərinə çoxlu sayda təsvir çap etmək olar. Bu cür ekranın istifadə müddəti isə 1000 çapa bərabərdir. Smartfon və planşetlərdən fərqli olaraq bu rəqəmsal yazını hack etmək mümkün deyil. Təsviri isə yalnız xüsusi təchizat vasitəsilə yeniləmək olar.
        Bu cür rəqəmsal ekran həmçinin elektron komponentləri və proqram təminatını dəstəkləmir. Bu cür elektron kağız perspektiv cəhətdən nəqliyyat kartlarının identifikasiyası sənədləri qismində çıxış edə bilər. Sözügedən yeni texnologiya 28 avqust tarixində keçiriləcək Touch Taiwan adlı texnologiya sərgisində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər