Logo
    main-post-cover

    Əbu-Dabi hava limanında səyahətçilər üçün elektrikli uçan taksilər istifadəyə veriləcək

        Abu Dhabi Airports şirkəti səyahətçilərə insanların və yüklərin daşınması üçün nəzərdə tutulmuş elektrikli uçan taksiləri təklif edəcəklər. Təklif ediləcək elektrikli uçan taksilər şaquli qalxış və eniş sisteminə sahib olacaqlar. Yeni növ hava nəqliyyatının inkişaf etdirilməsi və inteqrasiyası məqsədilə Abu Dhabi Airpots şirkəti Fransanın Groupe ADP adlı şirkəti ilə qarşılıqlı anlaşma memorandumu bağlayıb. Gözləntilərə əsasən yeni növ hava nəqliyyatı konsepsiyasının inteqrasiyası çərçivəsində insanların və yüklərin daşınmasında şaquli qalxış və eniş sisteminə sahib elektrikli uçan taksilərdən istifadə ediləcək. Qarşılıqlı anlaşma memorandumu bağlamış iki şirkət bu cür gələcək nəqliyyat vasitələrinin potensiallarını və layihələndirilmələrini incələyək və həmçinin onlar üçün lazımi infrastrukturun qurulması ilə məşğul olacaqlar.
    Paylaş
    Bənzər xəbərlər