main-post-cover

    Edward Snowden Facebook şirkətinin istifadəçiləri izləmə üsullarını açıqlayacaq

    Elm & Texnologiya
    02.08.2019
    Farid Pardashunas
        ABŞ-ın milli təhlükəsizlik agentliyinin keçmiş əməkdaşı Edward Snowden öz Twitter hesabında Facebook ilə Instagram-ın istifadəçiləri necə izlədiklərini açıqlayacağını elan etdi. Bu barədə Digger.ru saytı xəbər verib. “Yaxın həftələrdə mən bu saytlardan hər birinin sizləri necə izlədiyini və onların sizlərin haqqında bildiklərini məhdudlaşdırmağın yollarını açıqlayacağam. Əgər siz bu saytlardan istifadə edirsinizsə xəbərləri izləyin” - deyə Edward Snowden bildirib və özünün Facebook ilə Instagram hesablarının linklərini yerləşdirib.
        Bu tweet Snowden-in “Permanent Record” adlı ktabının satışa çıxması xəbərindən bir gün sonra paylaşılıb. Qeyd etmək lazımdır ki, Edward Snowden-in memuarlarını əks etdirəcək bu kitab 17 sentyabr tarixində satışa çıxacaq. Edward Snowden 2013-cu ildə The Washington PostThe Guardian qəzetlərinə ABŞ ilə İngiltərənin hüquq-mühafizə orqanlarının internetdə istifadəçiləri izləmə proqramları barəsində məlumatları verərək məşhurluq qazanmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər