
Edward Snowden istifadəçinin məlumatlarına nəzarət edən keys yaradır
Elm & Texnologiya
07.05.2017
Farid
Edward Snowden son illər ərzində bildirir ki, hökümətlər və
böyük şirkətlər istifadəçilər haqqında külli miqdarda məlumatlar yığırlar.
Hal-hazırda o Rusiya Federasiyasında yaşayaraq konsultasiya işləri və iPhone
üçün xüsusi keysin hazırlanması ilə məşqul olur. Massaçusets Texnologiya
İnstitutunun laboratoriyasında aparılmış müşahidələr əsasında iPhone üçün nəzərdə
tutulmuş mini keys təqdim olunub. Həmin keys istifadəçinin məlumatlarının təhlükəsizliyinə
nəzarət edir. Həmin keysi Edward Snowden MTA-nın (Milli Təhlükəsizlik
Agentliyi) keçmiş əməkdaşı Andrew Huang ilə birlikdə hazırlayır. Qeyd edək ki, Endrew
Huang Xbox konsolu və microSD yaddaş kartlarının təhlükəsizlik müşahidələri ilə
məşhurdur. Snowden və Huang yeni keysi "özünü müşahidə mühərriki” adlandırırlar.
Keys fiziki olaraq iPhone-nun daxilindəki antenlərə qoşularaq GPS, Wi-Fi,
Bluetooth və mobil rabitə-nin çalışması haqqında məlumatları yığır. Cihaz məlumatların
ötürülməsinə nəzarət edir və əgər şüphəli bir halla qarşılaşsa istifadəçiyə məlumat
verir. Keys smartfonun arxa panelinin aşağı hissəsinə yerləşdirilən ekranından
istifadə edir. iPhone üçün nəzərdə tutulumuş yeni keys hələki istehsalın ilkin
mərhələsindədir. Huang hələki cihazın prototipini belə təqdim etməyib.
Prezentasiyadan öncə o jurnalistlər ilə görüşərək bildirib ki, gələcəkdə
cihazın Çin-dəki istehsal məsələsini yoluna qoyacaq.
Paylaş
Bənzər xəbərlər