Edward Snowden məmurlara Whatsapp və Telegram'dan istifadə etməməyi məsləhət gördü
Elm & Texnologiya
17.09.2019
Farid Pardashunas
Whatsapp və Telegram-dan istifadə etmək qeyri təhlükəsizdir. Bu barədə ABŞ-ın milli təhlükəsizlik agentliyinin keçmiş əməkdaşı Edward Snowden Fransanın France Inter adlı radiostansiyasına müsahibəsində bildirib. Söhbət çərçivəsində radiostansiyanın jurnalisti bildirib ki, Fransanın baş naziri Edouard Philippe digər nazirlərlə ünsiyyətdə Whatsapp, Fransa prezidenti Emmanuel Macron isə Telegram-dan istifadə edir. Daha sonra jurnalist Edward Snowden-dən bu tətbiqlərdən istifadənin nə dərəcədə riskli olduğunu soruşub.
O isə öz növbəsində bildirib ki, bu iki tətbiq SMS-dən və şifrələnməmiş telefondan daha yaxşıdır. Lakin əgər siz baş nazirsinizsə onlardan istifadə etmək risklidir. Whatsapp və Telegram-ın yerinə Edward Snowden Signal və Wire messencerlərini məsləhət görüb. Qeyd etmək lazımdır ki, Edward Snowden ilk dəfə deyil ki, Telegram-a tənqidlə yanaşır. Hələ 2016-cı ildə o bildirmişdi ki, Whatsapp Telegram-dan daha təhlükəsizdir. Həmin vaxtda isə Telegram-ın yaradıcısı Pavel Durov onunla mübahisə edərək bildirmişdi ki, Whatsapp istifadəçi mesajlarını şifrələnməmiş şəkildə saxlayır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ