Edward Snowden smartfonu izlənmədən qoruyan mobil tətbiq təqdim edib

Edward Snowden smartfonu izlənmədən qoruyan mobil tətbiq təqdim edib

Texnologiya
23.12.2017 PAYLAŞIM

Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı və Amerikanın Freedom of the Press Foundation təşkilatının rəhbərlərindən biri olan Edward Snowden smartfonu izlənmədən qoruyan mobil tətbiq təqdim edib.

Bu barədə Wired saytı xəbər verib. Haven adlı mobil tətbiq Android əməliyyat sistemi əsasında çalışan ucuz smartfonlar üçün nəzərdə tutulub. Tətbiq yaradıcılarının ideyasına əsasən istifadəçi həmin telefonu evində və ya hansısa başqa bir yerdə saxlamalıdır. Haven tətbiqi vasitəsilə isə smartfon gizli şəkildə videoçəkilişi və audioyazını reallaşdıracaq. Snowden-in fikrincə bu üsulla istifadəçi müəyyən edə biləcək ki, o olmadığı vaxtda kimsə onun cihazını hack etməyə və ondan istifadə etməyə çalışıb yoxsa yox.



Bundan əlavə olaraq bu tətbiq smartfona ani giriş cəhdlərini və ona casus tətbiqlərin yazılmasını da təyin edərək bu barədə istifadəçiyə məlumat verir. “Təsəvvür edinki sizin keşik çəkən itiniz var və siz onu özünüzlə istədiyiniz yerə götürə və ya hansısa otel otağında qoya bilərsiniz. O çox ağıllıdır və ətrafda olan bütün hadisələri təyin edir” – deyə Edward Snowden bildirib. Snowden etiraf edib ki, bu tətbiq kiminsə sizin otağınıza daxil olub cihazınıza müdaxilə etməkdən qoruya bilməz. Lakin o, bu cür hadisəni hər dəqiqə öz yaddaşına yazaraq sonradan onu ortaya çıxara bilər. Bu üsulla tətbiq xüsusi dövlət orqanlarının öz vəzifələrindən suistifadənin qarşısını alır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×