Logo
    Əfsanə geri qayıdır. 'Volkswagen'in məşhur avtomobilinin elektrik versiyası mükəmməl dizaynda satışa çıxacaq (VİDEO)

    Əfsanə geri qayıdır. 'Volkswagen'in məşhur avtomobilinin elektrik versiyası mükəmməl dizaynda satışa çıxacaq (VİDEO)

    “Volkswagen” şirkətinin rəhbəri Herbert Diess, əfsanəvi VW Microbus avtomobilinin elektrik versiyası olan Volkswagen Buzz-un istehsalını təsdiq edib.

    Orijinal versiyanın retro dəbi və konsepsiyası, 2022-ci ildə irimiqyaslı avtomobil seriyasına çevriləcək. Yenilənmiş avtomobilin, 2020-ci ildə təqdim olunması planlaşdırılır və o, ailələr ilə gənclər üçün nəzərdə tutulmuş seriyada ilk nümayəndə olacaq. 2025-ci ilə kimi isə şirkət milyon sayda bu avtomobili istehsal etməyi planlaşdırır. Avtomobilin salonunda bir çox transfotrmasiyalar etmək mümkündür. Məsələn, ön sərnişin oturacaqlarının, arxa sərnişinlərə tərəf 180 dərəcə çevrilməsi. Bundan əlavə olaraq avtomobil, avtopilot sistemi ilə də təchiz olunacaq. Avtomobildə olan 10 ədəd lazer skanerləri (onlardan 4-ü avtomobilin yuxarı hissəsində yerləşir) və digər ötürücülər, avtomobilə dairəvi nəzarət özəlliyini təmin edir. Batareya və mühərriklər, avtomobilin döşəməsinin altında yerləşirlər. Buna görə də yenilənmiş modelin arxa və ön hissəsi yük şübəsi kimi təqdim olunur. Yenilənmiş versiya, 369 at gücündə 2 ədəd elektrik mühərrikinə və 111 kilovat saat həcmli batareyaya sahib olacaq. O, saatda 100 km sürəti 5 saniyə ərzində yığa biləcək. Tam enerji vasitəsilə avtomobil, 430 km-dən çox yol qətt edəcək.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Əfsanə geri qayıdır. 'Volkswagen'in məşhur avtomobilinin elektrik versiyası mükəmməl dizaynda satışa çıxacaq (VİDEO)