main-post-cover

    Əfsanəvi DeLorean DMC-12-nin davamçısı: DeLorean Alpha5 elektromobilinin ilk fotoları sərgilənib

    Elm & Texnologiya
    01.06.2022
    Emil Nəcəfov
        DeLorean Motor Company şirkəti Alpha5 adlı elektromobilin ilk fotolarını təqdim edib. Sözügedən elektromobil avqust ayında təqdim ediləcək. Məlumatda qeyd edilib ki, elektromobilin dizaynı İtaliyanın Italdesign şirkəti tərəfindən hazırlanıb. Qeyd etmək lazımdır ki, sözügedən şirkət həmçinin vaxtı ikən əfsanəvi DMC-12 avtomobilinin dizaynını da hazırlamışdı. Alpha5-in dizaynı orijinal DeLorean avtomobilinin dizaynından ilhamlanıb. Lakin bununla da bu avtomobillər arasındakı oxşarlıq bitir. Orijinal DeLorean DMC-12 avtomobili 1981-ci ildə satışa çıxmışdı. Bütün müddət ərzində 9000 ədəd avtomobil istehsal edilmişdi. Sözügedən avtomobil 1985-ci ildə böyük ekranlara “Back to the Future” filminin çıxması ilə daha da məşhurlaşdı. Maraqlısı ondadır ki, 1995-ci ildə təsis edilmiş DeLorean Motor Company şirkətinin orijinal DeLorean ilə heç bir əlaqəsi yoxdur.
        Orijinal DeLorean 1975-ci ildə John DeLorean tərəfindən təsis eidlmişdi. 1982-ci ildə isə şirkət iflas etmiş və müəyyən müddət ərzində artıq istehsal edilmiş avtomobillərin servis xidmətləri ilə məşğul olurdu. Hal hazırda DeLorean Motor Company şirkətinin başında Joost de Vries durur. O, Tesla Karma kimi şirkətlərdə çalışıb və elektromobillər sahəsinin veteranı hesab edilir. Orijinal DeLorean modeli iki nəfər üçün nəzərdə tutulmuşdu. Alpha5 isə 4 nəfər sərnişin üçün nəzərdə tutulub. Orijinal DeLorean kimi Alpha5 də aşağı enişə sahibdir. Lakin elektromobilin dizaynında bucaq konturları yoxdur. DMC-12-nin dizaynında bucaq konturları əsas rolu oynayırdılar. Dizayn baxımından elektromobildə bucaq konturlu dizayndan imtina əslində düzgün qərardır. Çünki keçmiş avtomobilin dizaynı müasir estetika ilə uyğunlaşmır.
        Yeni dizayn ilə aşağı eniş sayəsində elektromobilin aerodinamik müqavimət göstəricisi 0.23-ə bərabərdir. Elektromobilin texniki özəlliklərinə gəldikdə isə şirkət ətraflı məlumat verməyib. Məlumdur ki, Alpha5 saatda 100 km sürəti 2.99 saniyəyə yığa biləcək. Onun maksimal sürəti isə saatda 250 km təşkil edəcək. Enerji mənbəyi rolunda 100 kilovatt saat həcmli batareyalardan istifadə ediləcək. Bunun sayəsində elektromobil bir dəfə şarj olunandan sonra 480 km yol qətt edə biləcək. Bu özəlliklər Alpha5-in adi versiyasına aid olacaqlar. Çox güman ki, şirkət elektromobilin daha büdcəli və premium modellərini də təqdim edəcək. Alpha5-in satış qiyməti barəsində məlumat verilməsə də gözləntilərə əsasən o, təqribi olaraq 100.000$-a saılacaq.
    Linki kopyala