
Ehtiyyatlı olun. Wi-Fi vasitəsilə şifrələri ələ keçirmək mümkündür (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Bir sıra universitetlərin mütəxəssisləri Wi-Fi vasitəslə şifrə və ya PIN kodun necə əldə olunduğu üsulunu göstəriblər.
Şifrənin və ya digər vacib məlumatın
əldə olunması üçün cihazın proqram təminatını hack etməyə ehtiyac yodur. Lazım
olan tək şey qurbandan 1.5 metr aralıda olmaq və onun qoşulduğu Wi-Fi şəbəkəsinə
qoşulmaqdır. Şifrəni yığan zaman telefona toxunuş sayəsində Wi-Fi siqnallarının
pozulması baş verir. Bu cür qısamüddətli pozulmaları aşkar etmək olar. Bu cür
hücum növü WindTalker adlanır. Bu halda ictimai şəbəkə üzərindən deyil, saxta
giriş şəbəkəsindən işləmək daha rahatdı. Bu zaman hansısa şəxsin şifrə yığdığı
zaman həmin şifrəni tutmaq daha da asanlaşır.
Giriş şəbəkəsinə qoşulmuş snifer minimum məlumatı analiz edir və istifadəçinin hansı növ şifrəni yığdığını dəqiqliklə
söyləyir. WindTalker həmçinin giriş şəbəkəsi ilə smartfon arasındakı stabil
trafik axınını da generasiya edir. Saniyədə 10-larla kbit sürət zamanı trafik nəzərə
çarpmır. Lakin o, aşkar olunmaq ehtimalını yüksəldir. Bu hack olunma üsulunun
orta dəqiqliyi 68.3% təşkil edir. Lakin bu sistem təkmilləşdirilsə dəqiqlik
81.7% təşkil edəcək. Bu cür hücumlara istifadəçilər özləri deyil, proqram təminatı
yaradıcıları müqavimət göstərə bilərlər. Tələb olunan, şifrədəki simvolları
standart olmayan ardıcıllıqla yerləşdirməkdir. Bu zaman əl hərəkətlərini aşkar
etmək mümkün olacaq, lakin şifrələri müəyyən etmək qeyri-mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər