Ekran üzərində çıxıntıya sahib büdcəli smartfon: Xiaomi Redmi 6 Pro'nun real fotoları təqdim olundu
Elm & Texnologiya
21.06.2018
Farid Pardashunas
Təqdimata hazırlaşan Xiaomi Redmi
6 Pro modelinin keyfiyyətli real fotoları istehsalçı tərəfindən təqdim edildi.
Beləliklə smartfonun dizaynı tam olaraq məlum oldu. Bəli, sözügedən model
iPhone X tərzində ekran üzərində çıxıntıya və 19:9 nisbətində ekrana sahibdir.
İndi biz bilirik ki, Redmi 6 Pro modeli şaquli şəkildə yerləşdirilmiş ikili
arxa kamera ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası isə Xiaomi
smartfonları üçün standart olan yerdə yerləşdirilib. Smartfon həmdə iki SIM
kart və əlavə olaraq microSD yeri ilə də təchiz olunub. Texniki özəlliklərinə gəldikdə
isə bu model 5.84 inç Full HD+ ekran, Snapdragon 625 prosessoru, 3/4 GB RAM,
32/64 GB daxili yaddaş, süni zəka texnologiyalı 12 MP + 5 MP ikili arxa kamera
və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır
ki, smartfonun rəsmi təqdimatı 25 İyun tarixində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ