Ekran üzərində çıxıntıya sahib ilk Nokia smartfonu: Nokia X6 təqdim olundu
Elm & Texnologiya
16.05.2018
Farid Pardashunas
HMD Global şikəti Pekində Nokia X6
modelini təqdim etdi. Sözügedən smartfon şirkətin Nokia seriyasında ilk
cihazdır ki, çərçivəsiz ekrana və ekranın yuxarı hissəsində kiçik çıxıntıya
sahibdir. Nokia X6 19:9 nisbətli Full HD+ keyfiyyətli 5.8 inç ekranla təchiz
olunub. Ekranın yuxarı hissəsindəki çıxıntı yerində danışıq üçün səsgücləndirici
və f/2.0 diafraqmalı 16 MP-lik ön kamera yerləşdirilib. Smartfonun arxa paneli
şüşə ilə örtülüb və orada ikili arxa kamera ilə barmaq izi skanı texnologiyası
yerləşir.
Texniki özəlliklərə gəldikdə isə Nokia X6 1.8 GHz tezlikdə çalışan 8
nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, 4/6 GB RAM,
32/64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli), 16 MP (f/2.0
diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) ikili arxa kamera, 16 MP-lik ön kamera,
Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 3060 mAh enerji tutumlu
batareya, USB Type-C girişi və iki SIM kart girişi ilə təchiz olunub.
Nokia X6
Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və Android P-yə kimi
yenilənəcək. Smartfonu artıq bugündən etibarən Çində ön sifariş etmək olar. 4 GB RAM və
32 GB daxili yaddaşa sahib versiya 200$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 235$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 265$
qiymətinə satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək