Ekran üzərində çıxıntıya sahib Xiaomi Redmi 6-nın foto və texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
28.05.2018
Farid Pardashunas
Keçən həftə internetdə Xiaomi şirkətinin
yeni smartfon modelinin fotoları yayılmışdı. Həmin fotolarda əks olunmuş
smartfonun ekranının üzərində çıxıntı hissəsi var idi. Fotoların yayılmasından
sonra məlumat ortaya çıxdı ki, həmin smartfon Xiaomi Redmi 6-dır. Bəzi mənbələr
isə qeyd etdilər ki, bu, Redmi Note 6 Pro-dur. İndi isə həmin smartfonun digər
fotoları və texniki özəllikləri Çinin TENAA komissiyasının saytında ortaya
çıxıb. Beləliklə smartfon metal korpusa sahib olacaq.
O, 19:9 nisbətli
2280x1080 piksel keyfiyyətli 5.84 inç ekran, 2.0 GHz tezlikdə çalışan 8 nüvəli
prosessor (smartfon Snapdragon 625 prosessoruna da sahib ola bilər), 2/3/4 GB
RAM, 16/32/64 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 5 MP-lik ön kamera
və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi Redmi 6 Android
8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Xiaomi şirkəti sözügedən
modeli 31 May tarixinə planlaşdırdığı tədbirdə təqdim edə bilər. Qeyd etmək
lazımdır ki, şirkətin Redmi seriyası büdcəli smartfonlar modelləri ilə zəngindir.
Bu seriyanın ən məşhur modeli isə Xiaomi Redmi 5A-dır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)