main-post-cover

    Ekran üzərində kameraya sahib Huawei Nova 4 flaqman smartfonunun real fotoları sızdırıldı

    Elm & Texnologiya
    05.12.2018
    Farid Pardashunas
        Çinin Weibo adlı sosial şəbəkəsində Huawei şirkətinin yeni flaqman smartfonu olan Nova 4-ün fotoları yayılıb. Yeni fotolar sayəsində smartfonu hər tərəfdən müşahidə etmək olar. Təqdim olunmuş fotolardakı smartfon bənövşəyi-mavi qradient rəngə sahibdir. Smartfon genişformatlı ekran ilə təchiz olunacaq və smartfonun yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq. Arxa paneldə isə üçlü arxa kamera, LED işıqlandırma sistemi, barmaq izi skanı texnologiyası və şirkət loqosu yerləşir.

        Yandırıb/söndürmə düyməsi və səsin tənzimlənməsi düymələri smartfonun sağ kənarında yerləşir. Əvvəlki sızdırlmış məlumatlara əsasən Huawei Nova 4 Full HD+ keyfiyyətli 6.3 inç IPS ekran, 8 nüvəli Kirin 980 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi və sürətli enerji yığma texnologiyalı 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun rəsmi təqdimatı 17 dekabr tarixində baş tutacaq. Onun gözlənilən qiymət göstəricisi isə 400$-dır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər