Ekrana inteqrasiya olunmuş barmaq izi skanı təkcə Galaxy S10-da olmayacaq
Elm & Texnologiya
16.07.2018
Farid Pardashunas
Çindən olan məşhur Ice Universe adlı mənbənin verdiyi məlumata
əsasən gələn il Galaxy S10 modelindən başqa daha büdcəli modellər də ekrana
inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaqlar. Büdcəli
modellər dedikdə misal olaraq Galaxy A seriyasını gətirmək olar. Qeyd etmək
lazımdır ki, daha öncədən məhz Ice Universe Galaxy Note 9 modelində ekrana
inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasının olma məlumatlarını təkzib
etmişdir. Məlumata əsasən Samsung Apple şirkətinin yolu ilə gedərək gələn ilin əvvəlində
3 ədəd smartfon modeli təqdim edəcək. 5.8, 6.1 və 6.4 inç ekranlara sahib
olacaq smartfonlar.
Bununla belə ekrana inteqrasiya olunmuş barmaq izi skanı
texnologiyasını yalnız son iki model əldə edəcək. Sözügedən texnologiyanı
Samsung üçün Qualcomm şirkəti hazırlayacaq. Qeyd etmək lazımdır ki, Qualcomm bu
texnologiyanı hələ keçən ilin ortasında təqdim etmişdi. Lakin istehsalatda
yaranmış problemlər nəticəsində texnologiyanın tətbiqi gecikmiş oldu. Samsung-un
fikrincə bu yeni texnologiyanın tətbiqi öz növbəsində istifadəçilərin Galaxy
S10 seriyasına biraz da olsun maraqlarını artırmalıdır. Beləliklə gələn il şirkət
60 milyon smartfon satmağı planlaşdırır. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən
6.4 inç ekrana sahib olacaq Galaxy S10 üçlü arxa kamera ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ