
Ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonlar nə zaman satışa çıxacaqlar?
Elm & Texnologiya
05.06.2020
Emil
1 il bundan öncə OPPO və Xiaomi şirkətləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonların prototiplərini təqdim etmişdilər. Lakin bu cür texnologiyaya sahib smartfonlar hələ də kütləvi bazara satışa çıxarılmayıb. Nüfuzlu çinli insayder isə bu cür smartfonların nə zaman satışa çıxacaqları barəsində məlumat verib. Bu barədə Androidauthority saytı xəbər verib.
Özünü artıq güvənli mənbə kimi sübut etmiş Digital Chat Station ləqəbli çinli insayderin sözlərinə əsasən hal hazırda hələ təqdim edilməmiş Snapdragon 875 prosessoruna və ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib bir neçə smartfon modeli hazırlanır. İnsayder söhbətin hansı smartfon modellərindən getdiyi və ya ümumilikdə həmin smartfonların hansı istehsalçılar tərəfindən hazırlandığı barəsində məlumatlar verməyib.
Lakin verilmiş məlumatdan belə qənaətə gəlmək olar ki, bu cür smartfonlar yalnız gələn il satışa çıxacaqlar. Heç istisna deyil ki, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameralı smartfonların hazırlanması ilə məhz OPPO və Xiaomi şirkətləri məşğul olurlar. Belə ki, bu şirkətlər bu cür cihazların hazrlanmasında təcrübəyə sahibdirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
