main-post-cover

    Elektrik avtomobillərinin batareyalarını 5 dəqiqə ərzində şarj edən texnologiya yaradıldı

    Elm & Texnologiya
    05.11.2017
    Farid Pardashunas
    Litium-ion batareyalarının istehsalı ilə məşğul olan “Enevate” şirkəti HD-Energy adlı texnologiyanı yaratdığını elan edib.
    Həmin texnologiya vasitəsilə elektrikli avtomobillərin batareyalarını 5 dəqiqə ərzində şarj etmək mümkün olacaq. Bu barədə VentureBeat saytı xəbər verib. Sözügedən texnologiya batareyanı 5 dəqiqə ərzində o həddə qədər şarj etməyə qadirdir ki, avtomobil 390 km yol qətt etsin. Həmçinin yeni texnologiya 60 saniyəlik şarj rejiminə də sahibdir. Həmin rejim sayəsində şarj olunandan sonra isə avtomobil 80 km yol qətt edə bilir.
    Bir çox elektrik avtomobil istifadəçiləri üçün bu cür göstərici çox yaxşıdır. Əgər şirkətin bildirdiyi kimi bu texnologiya ilə hər şey yaxşıdırsa, onda o, insanların elektrik avtomobillər barəsində ən böyük qorxuları yox olmuş olur. Təbii ki, söhbət, avtomobilin uzunmüddətli şarj prosesindən gedir. Şirkət bildirib ki, bu, dünyada hal hazırda olan ən yaxşı sürətli şarj texnologiyasıdır. O, bazarın bütün tələblərinə cavab verir və sonuncu sertifikatlaşdırma məsələlərindən keçir.
    Daha sonra sözügedən batareyalar bütün avtomobil istehsalçılarının zavodlarına çatdırılacaq. Qısa müddətli şarj prosesi bu sənayeyə öz böyük təsirini göstərə bilər. Belə ki, bir çox avtomobil istehsalçıları öz avtomobillərinə daha kiçik həcmli batareyalar yerləşdirə bilərlər. Çünki onları tez-tez şarj etmək lazım gələcək. Bu isə öz növbəsində ayrı-ayrı elektrik modellərinin qiymətlərini aşağı salacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər