main-post-cover

    Elektrik istehsal edə bilən günəş eynəyi inkişaf etdirildi

    Elm & Texnologiya
    03.08.2017
    Orxan Jafarli
    Sıxlıqla istifadə edilən elektron cihazlarımızı şarj edə bilmək üçün yeni üsul kəşf edildi. Artıq günəş eynəyinin istehsal etdiyi elektriki fərdi ehtiyaçlarınızda stifadə edə bilərsiniz.
    Yanınızda daşıdığınız elektron cihazı günəş eynəyinizin  şarj etməsini istər idinizmi? Almaniyanın Karlsruhe İnstitutundan tədqiqatçılar, günəş batareyaları vasitəsilə linzaların günəş işığı almasını 2 qatına çıxardaraq, elektrik istehsal edən bir cüt günəş eynəyi istehsal etdilər.
    Elektrik enerjisi istehsal edə bilən günəş eynəyinə şəffaf, elastik, yüngül, müxtəlif şəkil və rənglərdə istehsal edilə bilməsi olması səbəbiylə ənənəvi silikon günəş hüceyrələri yerinə, təbii günəş batareyaları seçildi. Hər biri təxminən 6 qram ağırlığında və 1,6 mm qalınlığında olan günəş batareyası linzaları, istehsal eilən günəş eyəyinin çərçivəsinə taxıla bildi. Bu çərçivələr əlavə olaraq bir mikroprosessor, iki sensor və iki ekran əhatə edir.
    Beləliklə mövcud işıqın həcmi ölçülüb və göstərilə bilir, mühit istiliyi tez bir zamanda qrafiklərlə analiz edilə bilir. Hər nə qədər birbaşa günəş işığı ilə ən yaxşı şəkildə çalışsalar da hər lens 200 miliwatt güc istehsal edə bilir.
    Günəş eynəyinin istehsal etdiyi elektrik, bir eşitmə cihazını və ya addım sayğacını şarj edə biləcək səviyyədədir. Bu texnologiya günəş eynəkləri  ilə  məhdud qalmayaraq, daha çox elektri k potensialı olan bina pəncələrinə və , avtomobil şüşələrinə tətbiq olunacaq.
    Linki kopyala