Reklam
Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyəyə yığır

Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyəyə yığır

Texnologiya
27.09.2021 PAYLAŞIM

    Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı yeni növ batareya yaradıblar. Məlumata əsasən yaradılmış yeni litium-karbon batareya 90 saniyə ərzində tam şarj oluna bilir. Sözügedən litium-karbon batareya Almaniyanın Mahle Allotrope Energy adlı şirkətlərinin birgə əməkdaşlıqları çərçivəsində yaradılıb. Məlumatda qeyd edilib ki, bu batareyanın göstəriciləri indiyənə kimi bazarda təqdim edilmiş bütün batareyaların göstəricilərini geridə qoyub. Onun tam şarj olunması üçün sərf olunan zaman isə adi avtomobilin yanacaq ilə doldurulmasına sərf olunan zaman ilə eynidir.

    Bununla belə bu batareya elektrikli mühərriklərə xas olan özəllikləri özündə qoruyub saxlayır. Söhbət, heş bir zərərli tullantının olmamasından və yanacaq qiyməti ilə müqayisədə aşağı qiymətə sahib elektrik enerjisindən gedir. Hal hazırda mühəndislər öz ideyalarını böyük olmayan prototip çərçivəsində reallaşdırıblar. Layihə çərçivəsində hazırlanmış 500 vatt saat həcmli batareya 40 km-ə qədər yol qətt edə bilən elektrikli mopedə quraşdırıla bilər. Bundan əlavə olaraq yüksək sürətli şarj texnologiyası sayəsində batareya tam enerjini 90 saniyə ərzində yığa bilir.


    Mövcud olan elektrikli motosikletlərə quraşdırılmış batareyaların isə tam şarj olunmaları üçün minimum 30 dəqiqlə vaxt lazım olur. Batareyanın tərkibində litium-ion batareyadan ibarət yüksək sürətli anod yerləşir və onu superkondensatordan ibarət katod tamamlayır. Nəticədə mühəndislər 20 kilovatt saat sürətində şarj prosesi göstəricisini əldə edə biliblər. Digər bir vacib faktor isə ondan ibarətdir ki, batareyanın istehsalında nadir torpaq elementlərindən istifadə olunmayıb. Bu öz növbəsində batareyanın istehsalat prosesinin xərcini aşağı salıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×