main-post-cover

    Elektromobil avtopilot rejimində drift etməyi öyrənib (VİDEO)

    Elm & Texnologiya
    24.12.2019
    Farid Pardashunas
        Süni zəka texnologiyalarının inkişafı ilə avtomobillər üçün olan avtopilot sistemləri daha geniş imkanlar əldə ediblər. Dynamic Design Lab şirkətinin mühəndisləri maneələrdən keçməklə yanaşı həmçinin drift etməyi bacaran elektromobil yaradıblar. Yeni nəsil avtopilot sisteminin imkanlarını mühəndislər məşhur idman avtomobili olan DeLorean DMC-12-də sərgiləyiblər. Bu avtomoibl çoxlarımıza məşhur “Back to the Future” film trilogiyasından tanışdır. Bu barədə Slashgear saytı xəbər verib.
        MARTY adını (film trilogiyasındakı baş qəhrəmanın adı) əldə etmiş bu elektrikləşdirilmiş DeLorean modeli ümumi fırlanma anı 7000 Nm təşkil edən iki ədəd elektromühərriki və öncədən GPS koordinatları ilə proqramlaşdırılmış avtopilot sistemini əldə edib. İlk cəhddən elektromobil test poliqonunda heç bir konusa və ya maneəyə dəyməyərək testdən uğurla keçib. Daha sonra mühəndislər elektromobilə daha qəliz tapşırığı veriblər. Belə ki, elektromobil avtopilot rejimində drift etməli idi.
        Qeyd etmək lazımdır ki, sözügedən elektromobilin konstruksiyasında onun yerləşdiyi yeri santimetrlik dəqiqliklə təyin etməyi bacaran bir neçə GPS anten yerləşdirilib. Sükanın döndərilməsi, tormoz sisteminin işə salınması, sürət ötürücüsünün dəyişdirilməsi və driftə keçid kimi proseslər elektromobilin konstruksiyasında yerləşdirilmiş kompüter vasitəsilə rellaşdırılır. Layihə müəllifləri əmindirlər ki, drift ekstremal əyləncə olmaqla yanaşı həmçinin təhlükəsiz sayəhətin əsas hissəsi də ola bilər. Belə ki, tədqiqatçılar elə idarəetmə sistemi yaratmaq istəyirlər ki, həmin sistem kritik vəziyyətlərdə avtomobili driftə salaraq dəhşətli qəzadan yaxa qurtarsın. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər