
Elektromobil istehsalçısı 'Fisker' 1 dəqiqəyə şarj olunan inqilabi elektromobil batareyası yaratdı
Elm & Texnologiya
15.11.2017
Emil
Məşhur dizayner və “Tesla” şirkətinin keçmiş məsləhətçisi Henrik Fisker tərəfindən təsis edilmiş elektrokar istehsalçı şirkəti olan “Fisker” elektromobillər üçün inqilabi batareya yaratdığını bildirib.
Şirkət faktiki olaraq
elektromobillər üçün yeni inanılmaz imkanlar yaradan bərk cisimli batareya
növünün patentini almağa hazırlaşır. Yeni batareyaların sayəsində elektromobillər
bir dəfə şarj vasitəsilə 800 km yol qətt edə biləcəklər. Bununla yanaşı ən əsası
odur ki, həmin bərk cisimli batareyalar 1 dəqiqə ərzində şarj olunacaqlar. Əgər
bütün bunlar həqiqətən də belədirsə, onda Elon Musk-ın “Tesla” şirkəti digər
elektromobil istehsalçılarından əlavə olaraq bu barədə də narahatlıq keçirtməlidir.

Hal hazırda “Tesla”nın ən çox yol qətt edən modeli olan S 100D öz litium-ion
batareyası sayəsində bir dəfə şarj olunandan sonra təqribi olaraq 540 km yol
qətt edir. Adətən isə Tesla modellərinin şarjına yarım saat vaxt sərf olunur.
Lakin bir faktı nəzərə almaq lazımdır. Belə ki, “Fisker” şirkətinin bərk
cisimli batareyaları yalnız 2023-cü ildə irimiqyaslı istehsalata hazır olacaq.
Bildiyimiz kimi isə dünya yerində durmur. Həmin vaxtda kimi rəqib şirkətlər öz
real variantlarını təqdim edə bilərlər. Bərk cisimli batareyalar litium-ion
batareyalarından fərqli olaraq daha çox enerji saxlama və tez zamanda şarj
olunma özəlliklərinə sahibdirlər. “Fisker” bildirib ki, onun istehsal edəcəyi bərk
cisimli batareyalar adi litium-ion batareyalarından fərqli olaraq 2.5 dəfə daha
çox enerji tutma həcminə və daha aşağı qiymətə sahib olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
